“Neftçi” növbəti mərhələdə
14.07.2021 , 23:24

Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən “Neftçi” bu gün birinci təsnifat mərhələsinin cavab görüşündə “Dinamo”(Tbilisi) ilə üz-üzə gəlib.
Korner.az-ın məlumatına görə, Samir Abasovun komandası bu görüşdə 2:1 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, Gürcüstanda keçirilən ilk görüşdə də “ağ-qaralar” 2:1 hesabı ilə qalib gəlmişdi.
21:00 “Neftçi”(Azərbaycan) – “Dinamo”(Tbilisi, Gürcüstan) – 2:1
