“Neftçi” – “Dinamo” oyununun vaxtı açıqlandı
23.06.2021 , 18:49

“Neftçi”nin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Tbilisi “Dinamo”su ilə keçirəcəyi cavab matçının vaxtı açıqlanıb.
Korner.az xəbər verir ki, 14-də “Bakcell Arena”da baş tutacaq görüş saat 21:00-da başlanacaq.
Bu komandalar arasında ilk oyun iyulun 7-si Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
