“Neftçi” darmadağınla qalib gəldi
14.04.2022 , 17:00
“Neftçi” Gənclər Liqasında böyükhesablı qələbə qazanıb.
Korner.az xəbər verir ki, “ağ-qaralar” 23-cü turda “Səbail”i 5:0 hesabı ilə məğlub edib.
“ASCO Arena”da baş tutan matçda qolları Murad Məmmədov, Elcan Əbilov, Bahadur Quliyev və Ağasi Babayev vurublar. Bir dəfə isə avtoqol qeydə alınıb.
“Neftçi” 21 oyundan 50 xal toplayıb.