“Neftçi” Dabonun cəzasını açıqladı – RƏSMİ
17.06.2020 , 16:08

“Neftçi” klubu rəsmi saytı vasitəsilə franslı legioneri Baqali Dabo haqda açıqlama yayıb.
Korner.az xəbər verir ki, klubun rəsmi saytındakı açıqlamada hücumçunun sosial şəbəkədəki davranışının ciddi şəkildə nəzarətə götürüldüyü bildirilib:
“Neftçi” ailəsinə qarşı bu cür hörmətsizliyi qəbuledilməz hesab edərək, ötən gün ərzində məsələ ilə bağlı intizam dinləməsi keçirib və futbolçuya davranışına görə öz mövqeyini bildirmək imkanı yaradıb. Aparılan müvafiq müzakirələrdən sonra heç bir əsaslandırma olmadığına görə artıq futbolçuya qarşı maliyyə sanksiyasını tətbiq etmək haqqında qərar qəbul olunub. Həmçinin məşqçilər korpusunun rəyi əsasında, futbolçu təxirə salınan futbol mövsümünün qalan hissəsi üçün komandanın planlarına daxil olmadığına görə qüvvədə olan müqavilənin başa çatdığı günə – 30 iyun 2020-ci il tarixinə qədər fərdi məşqlərlə kifayətlənəcək”.
Xatırladaq ki, Dabo “Qarabağ” formasını geynib və xanımı Tuqba bununla bağlı videonu “İnstagram” hesabında paylaşıb.
