“Neftçi” Dabonu cəzalandıracaq
15.06.2020 , 21:14

“Neftçi” klubu rəsmi saytı vasitəsilə franslı legioneri Baqali Dabo haqda açıqlama yayıb.
Korner.az xəbər verir ki, açıqlamada bildirilir:
“Neftçi” PFK-nın rəhbərliyi futbolçu Baqali Dabonun davranışından xəbərdardır və onun qəbuledilməz davranışına görə müvafiq tədbirlər görəcək. Rəhbərlik futbolçunun klubun imicinə ciddi şəkildə xələl gətirdiyini bilir. Hüquqi çərçivədə addımlar atılacaq və ictimaiyyətə bununla bağlı məlumat veriləcək”.
Xatırladaq ki, Dabo “Qarabağ” formasını geynib və xanımı Tuqba bununla bağlı videonu “İnstagram” hesabında paylaşıb.
