Milli komandaların oyunu ilə əlaqədar olaraq Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən “Neftçi” yoxlama oyununda qüvvəsini sınayacaq.
Korner.az-ın məlumatına görə, artıq “ağ-qaralar”ın rəqibinin adına da aydınlıq gəlib. Elxan Abdullayevin komandasının rəqibi əvəzedicilərdən ibarət komanda olacaq. Sözügedən oyunun sabah keçirilməsi nəzərdə tutulub. “Neftçi” Azərbaycan Premyer Liqasının növbəti turunda “Sumqayıt”la qarşılaşacaq.
