Bakının “Neftçi” klubunun futbolçu və teniki kollektivi bu gün Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib.
Korner.az-ın komandanın rəsmi saytına istinadən verdiyi məlumata görə, klub rəhbərliyi, məşqçilər heyəti və futbolçular Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsinin qarşısına əklil və gül dəstələri qoyublar.
