"Neftçi" – "Simurq" qarşılaşmasının hakim idarəçiliyi meydan sahibi komandanı narazı salıb.
Korner.az-ın məlumatına görə, "ağ-qaralar"ın rəsmi saytında oyunda mübahisəli hesab etdikləri epizodlardan ibarət video yerləşdirilib
1. Rəqib futbolçu Flavinyoya qarşı qəsdən kobudluq etsə də, baş hakim Əliyar Ağayev tərəfindən cəzalandırılmır.
2. Baş hakim bu epizodda Bahodir Nasimovun qaydanı pozduğunu bildirirərək “Simurq” komandasının xeyrinə cərimə zərbəsi təyin edir.
3. Əliyar Ağayev Elvin Yunuszadənin hərəkətini son ümid folu kimi qiymətləndirərək ona qırmızı vərəqə göstərir.
4. Rəqib futbolçu “Neftçi”nin təhlükəli hücumunun qarşısını əli ilə kəssə də, hakim sarı vərəqə göstərmir.
5. “Simurq” klubunun futbolçusu Rəşad Sadiqovun qarşısını aşkar kobudluqla alır. Qayda pozuntusunu qeydə alan Ə.Ağayev bu dəfə də sarı vərəqə göstərmir.
