Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Çixura” qarşılaşmasına bilet satışı davam edir.
Korner.az-a klubdan verilən məlumata görə, bugünədək 1000 civarında bilet satılıb.
Adi biletlərin qiyməti 1, VİP biletlərin qiyməti isə 10 manatdır. VİP bilet alana “Neftçi”nin köynəyi və şərfi hədiyyə olunacaq.
Biletlər matçın keçiriləcəyi “Bakcell Arena”nın kassalarında satılır.
Qeyd edək ki, iyul ayının 31-də keçiriləcək “Neftçi” – “Çixura” görüşü saat 20:00-da başlayacaq.
