“Neftçi” Ceyhun Sultanov və Füzuli Məmmədovu istefaya göndərdi – RƏSMİ
11.11.2020 , 16:23

“Neftçi”nin idman direktoru Ceyhun Sultanov və baş məşqçi Füzuli Məmmədov Premyer Liqanın son turunda “Qarabağ”la oyundan (0:6) sonra istefa veriblər.
Korner.az xəbər verir ki, Sultanov və Məmmədov bununla bağlı “Neftçi” rəhbərliyinə müraciət edib və onların istefa ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub.
Məmmədov 2018-ci ilin yayından “Neftçi”də çalışırdı. O, əvvəlcə Roberto Bordinin köməkçisi, italiyalı mütəxəsisin qış fasiləsində istefaya göndərilməsindən sonra onun yerinə baş məşqçi vəzifəsinə gətirilmişdi.
