"Neftçi"nin qış transfer "pəncərəsi"ndə heyətinə cəlb etmək istədiyi bir futbolçunun adı məlumdu.
Korner.az-ın məlumatına görə, "ağ-qaralar" Çexiya millisinin müdafiəçisi Martin Latka ilə danışıqlar aparır.
Ölkəsinin "Slaviya" klubunun formasını geyinən müdafiəçi 2005-ci ildə Çexiyanın ən perspektivli oyunçusu seçilib.
28 yaşlı ucaboy futbolçu üçün Bundesliqa təmsilçisi "Auqsburq", Bolqarıstan "Levski"si və Zaqreb "Dinamo"su da hərəkətə keçib.
Qeyd edək ki, "Neftçi"nin hədəfində olan Latka Çexiyanın gənclər yığmasında 25 oyuna 1 qol vurub. Əsas yığmada isə cəmi bir dəfə forma geyinmək şansı qazanıb.
