Premyer Liqada əvəzedici komandaların mükafatlandırılmağı keçirilib.
Korner.az-ın məlumatına görə, əvəzedicilərin başa çatan çempionatında ilk 2 yeri tutan “Neftçi” ilə “Qəbələ” öz mükafatlarını əsas komandalarının İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilən oyunun fasiləsində təşkil olunan təqdimatda alıb. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev qızıl medalları “Neftçi”nin, gümüş mükafatları “Qəbələ”nin üzvlərinin boynundan asıb. Bundan sonra Musayev çempionluq kubokunu “ağ-qaralar”a verib. 3-cü yeri tutan “İnter”yə bürünc medallar “Bakı” ilə ev oyununun keçirildiyi “Şəfa” stadionunda fasilədə təqdim olunub.
Qeyd edək ki, Musayev “Neftçi”nin əsas komandasına çempionluq kubokunu “Qəbələ” ilə oyundan sonra təqdim edəcək.