Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Korner.az-ın məlumatına görə, ölkəmizi bu turnirdə təmsil edən "Neftçi" Albaniyada "Skenderbeu"nun qonağı olacaq.
Bakıdakı ilk oyunda 0:0-lıq sülhə razılaşan "ağ-qaralar" səfər meydanında edəcəkləri hər hansı bir qollu heç-heçə ilə mərhələ adlayan tərəf olacaq.
Qeyd edək ki, "Neftçi" "Skenderbeu" səddini keçəcəyi təqdirdə III təsnifat mərhələsində BATE (Belarus) – “Şaxtyor” (Qazaxıstan) cütünün qalibi ilə qarşılaşacaq. Xatırladaq ki, "Şaxtyor" ilk oyunda səfərdə gözlənilmədən BATE-ni 1:0 hesabı ilə məğlub edib.
23 iyul
Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu
23:00. "Skenderbeu" (Albaniya) – "Neftçi" (Azərbaycan) 1:0
Qol: Orelesi, 116 (1:0)
Qırmızı vərəqə: İqor Mitreski, 90+2 ("Neftçi")
(İlk oyun – 0:0)
