Dünən “Neftçi”nin Antalyada düşərgə saldığı otelə gedən klub prezidenti Sadıq Sadıqovun rəhbərliyi altında, klub rəsmiləri və məşqçilər korpusunun iştirakı ilə iclas keçirilib.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, iclasda komandanın hazırlıq prosesi və transfer məsələləri ilə bağlı müzakirələr aparılıb və qərarlar qəbul edilib:
1. “Neftçi” PFK-nın futbolçusu Cavid İmamverdiyev və digər gənc yerli futbolçularla bağlı transfer danışıqları mövsümün sonuna saxlanılsın.
2.Çilili futbolçu Xose Kabionla 6+1 müddəti şəklində müqavilə imzalansın.
3.Tibbi baxış nəticəsində diz nahiyyəsində zədə aşkarlanması səbəbindən ispaniyalı futbolçu Pedro Perikonun transferi məqsədəuyğun hesab edilməsin.
4. “Neftçi” PFK-nın qapıçı transferi ilə bağlı danışıqları 03.02.2012-ci il tarixinə kimi yekunlaşsın və müvafiq qapıçının transferi həll olunsun.