Çempionlar Liqasında "Zestafoni" ilə oyuna hazırlaşan "Neftçi" Flavinyonun zədə şokuna sarsılıb. Korner.az-ın məlumatına görə, Premyer Liqada son mövsümü çempion kimi qapamış "ağ-qaralar"ın barziliyalı futbolçusunun sağ dizində zədə aşkarlanıb.
Məhz bu səbəbdən Flavinyo bu gün Avstriyada baş tutacaq yoxlama matçında Zaqreb "Dinamo"su ilə oyunda meydana çıxa bilməyəcək. Onun Çempionlar Liqasında “Zestafoni”yə qarşı oynayıb-oynamayacağı hələ bilinmir.
