“Neftçi”dən heç-heçə
06.07.2022 , 18:54

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama oyununu keçirib.
Korner.az-ın məlumatına görə, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Türkiyə 1-ci Liqasında çıxış edən “Sakaryaspor”la üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.
Qeyd edək ki, “Neftçi” hazırlıq çərçivəsində ümumilikdə 3 yoxlama matçı keçirməyi planlaşdırır.
