Türkiyədə hazırlığını davam etdirən “Neftçi” bu gün üçüncü sınaq matçını keçirib.
Korner.az-ın məlumatına görə,komanda Səudiyyə Ərəbistanının “Əl-Kadisiya” klubu ilə qarşılaşıb. Görüş “flaqman”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Onu da qeyd edək ki, Gürcüstanın “Çixura” klubu ilə iki yoxlama oyunu keçirən təmsilçimiz ilk görüşdə 2:3 hesabı ilə uduzsa da, ikinci qarşılaşmada 1:1 hesablı heç-heçəyə razılaşıb.
