"Neftçi" Boliviya yığmasının futbolçuları ilə danışıq aparır.
Korner.az "flaqman"ın feysbuk səhifəsində yayılan informasiyaya istinadən xəbər verir ki, "ağ-qaralar"ın gözaltı etdiyi legionerlər – Rudi Kardoso və Yasmani Kamposdu.
22 yaşlı Rudi yarımmüdafiəçidi və millisinin heyətində 15 oyunda 2 qol vurub. Vətənində "Bolivar" klubunun futbolçusu olan Kardoso vaxtilə İsraildə oynayıb.
Vətənində "Oriente Petrolero" klubunda çıxış edən Kamposu vaxtilə Kiyev "Dinamo"su heyətinə cəlb edib. Sürətli cinah yarımmüdafiəçisi 1,74, Rudi 1,71 metr boya malikdi. Onlar Bakının "İnter" klubunun boliviyalı sabiq hücumçusu Avqusto Andaverislə yığmada komanda yoldaşları olub.