“Neftçi” Bojoviçə görə cərimələndi
30.05.2024 , 12:55

AFFA İntizam Komitəsi “Neftçi”nin yolları ayırdığı baş məşqçi Miodraq Bojoviçi cəzalandırıb, klubu isə cərimələyib.
Korner.az PFL-in saytına istinadən xəbər verir ki, buna onun Misli Premyer Liqasının sonuncu turunda hakimləri təhqir etməsi səbəb olub. Birbaşa qırmızı vərəqə alan mütəxəssis 5 oyun cəzalanıb, “Neftçi” isə 4000 manat cərimə edilib.
Qeyd edək ki, “Neftçi” mayın 26-ı Bojoviçlə yolları ayırıb. Onunla müqavilənin müddətinin uzadılmaması barədə qərar verilib.
