“Neftçi” “Bney Yehuda” ilə heç-heçə etdi
08.08.2019 , 22:57

Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Korner.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən “Neftçi” evdə Israilin “Bney Yehuda” klubu ilə qarşılaşıb. “Bakcell Arena”da baş tutan görüş 2:2 hesabıyla heç-heçə bitib.
“Neftçi” “Bney Yehuda”nı mübarizədən kənarlaşdırsa, pley-off mərhələsində “Malmö” – “Jirinski” cütünün qalibi ilə qarşılaşacaq.
8 avqust
III təsnifat mərhələsi, ilk oyun
21:00 “Neftçi” – “Bney Yehuda” – 2:2
Qollar: Tambi,26, Qadir,36, Monroz,42, Namiq Ələsgərov, 90+7
Baş hakim Kərim Abed
Bakı “Bakcell Arena”
