Futbol

“Neftçi” mübarizəni Avroliqada dayandırdı

15.08.2019 , 22:53

Avropa Liqasında mübarizə aparan “Neftçi” III təsnifat mərhələsində bu gün “Bney Yehuda” ilə cavab görüşünü keçirib.

Korner.az-ın məlumatına görə, doğma azarkeşləri önündə 2:2-lik heç-heçə edən Roberto Bordinin yetirmələri səfər oyununda 2:1 hesabıyla məğlub olaraq mübarizəni dayandırıb.

16 avqust

Avropa Liqası 3-cü təsnifat mərhələsi, cavab oyunu

21:00. “Bney Yehuda” (İsrail) – “Neftçi” – 2:1

Qollar: Dor Jan, 14, Saqas, 66, Emin Mahmudov, 90+3 (pen)
Hakimlər
: Daniele Doveri, Alessandro Kostantso, Alessio Tolfo, Fabritsio Paskua
İlk oyun – 2:2

Son yazılar

Yuxarı