"Biz "Neftçi"nin necə oynadığını artıq Kazanda gördük. “Neftçi” bizə kifayət qədər problem yaratmışdı. Bu səbəbdən də biz rəqibin bu cür fəal oyununa hazır idik”.
Korner.az-ın məlumatına görə, bu sözləri "Rubin"in futbolçusu Kristian Ansaldi "Neftçi" ilə youndan sonra deyib.
Müdafiəçi minimal hesablı qələbə haqda bunları deyib:
"İşimiz oyunun axırında daha çətin oldu. Ev sahibləri böyük qüvvə ilə irəli atıldılar və “Rubin”ə əlverişli nəticəni qorumaq üçün güc sərf etmək lazım gəldi”.
