“Neftçi” beynəlxalq turnirə qatılır
07.08.2019 , 14:19

“Neftçi” Futbol Akademiyasının U-13 komandası Rusiyanın Həştərxan şəhərində keçiriləcək “Xəzər Kuboku” beynəlxalq turnirində iştirak edəcək. Korner.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilir ki, turnir avqustun 8-dən 10-dək keçiriləcək.
Yarışda Aşqabad yığması (Türkmənistan), Qazaxıstanın “Aktau”, Kalmıkiyanın “Lotos”, Həştərxanın “Volqar” və “Həştərxan” komandaları da iştirak edəcəklər.
