“Neftçi” – “Beşiktaş” matçının biletləri satışda
08.08.2023 , 12:44

Konfrans Liqasının 3-c təsnifat mərhələsinin “Neftçi” – “Beşiktaş” ilk oyununun biletləri satışa çıxarılıb.
Korner.az Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti 10 (1A, 2A, 4A, 5A, 1B, 2B), 15 (3B), 20 (3A) və 30 (VİP) AZN təşkil edir. Biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:
https://iticket.az/events/sport/neftci-pfk-besiktas-jk
Avqustun 10-u “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Beşiktaş” görüşü saat 21:00-da başlayacaq.
