Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Partizan”la qarşılaşacaq “Neftçi”nin üzvləri ötən gün Belqradın “Taş meydanı” adlanan ərazisindəki parkda Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Korner.az-ın məlumatına görə, klub rəsmiləri, məşqçilər, futbolçular və onlarla birlikdə olan Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
Qeyd edək ki, “Partizan” – “Neftçi” oyunu Bakı vaxtı ilə bu gün saat 23:15-də başlayacaq. (klub saytı)
