Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Neftçi” Albaniyanın “Skenderbu” klubu ilə ilk oyunun hazırlığına start verib.
Korner.az-ın məlumatına görə, paytaxt təmsilçisi dünən axşam saatlarında klubun bazasındakı meydançada məşq edib. Komandanın heyətində zədəli yoxdu. “Neftçi” hazırlığa bu gün davam edəcək. “Ağ-qaralar”ın saat 19:00-dan etibarən matçın keçiriləcəyi “Bakcell Arena”da açıq məşqi olacaq.
