AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Korner.az İK-nın cəzalarını sizə təqdim edir.
09 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XIII turunun AZAL – “Qarabağ” matçında AZAL klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
10 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XIII turunun “Neftçi” – “Bakı” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyununun 27-ci dəqiqəsində “Neftçi” klubunun 30 №-li futbolçusu Saşa Stamenkoviç sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 1-ci və 31-ci dəqiqələrində “Neftçi” klubunun azarkeşləri, 16-cı və 59-cu dəqiqələrdə isə “Bakı” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün hər iki klub 2000 manat cərimə olunur (maddə 52).
08 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIII turunun AZAL – “Qarabağ” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
09 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIII turunun “Neftçi” – “Bakı” oyununun 39-cu dəqiqəsində “Bakı” klubunun 5 №-li futbolçusu Vüqar Mustafayev komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 42.1).
Oyunun 83-cü dəqiqəsində “Neftçi” klubunun 23 №-li futbolçusu Orxan Bəşirov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).
08 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun IX turunun “Neftçala” – “Ağsu” matçında “Ağsu” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
09 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun IX turunun “Araz Naxçıvan” – “Bakılı” matçında “Araz Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
09 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun IX turunun “Turan-T” – “Şuşa” matçının 89-cu dəqiqəsində “Şuşa” klubunun 25 №-li futbolçusu Fransis Boadi kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).
10 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun IX turunun “Karvan” – “Lokomotiv” matçında “Karvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
10 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun IX turunun “Göyəzən” – “Şahdağ” matçının 63-cü dəqiqəsində “Şahdağ” klubunun 13 №-li futbolçusu Vüqar Əlibabayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
06 noyabr 2013-cü il U-19 Liqasının AZAL – “İnter” matçının 59-cu dəqiqəsində “İnter” klubunun 18 №-li futbolçusu Fuad Cəlilov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 59-cu dəqiqəsində “İnter” klubunun 6 №-li futbolçusu Qaraxan Əliyev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
Matçın 70-ci dəqiqəsində AZAL klubunun 77 №-li futbolçusu Rafiq Eyvazov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
06 noyabr 2013-cü il U-19 Liqasının “Neftçi” – “Simurq” matçının 65-ci dəqiqəsində “Neftçi” klubunun 22 №-li futbolçusu Rahil Məmmədovla “Simurq” klubunun 3 №-li futbolçusu Ruslan Muradov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
07 noyabr 2013-cü il U-16 Liqasının “Qarabağ” – “Vətən” matçının 32-ci dəqiqəsində “Qarabağ” klubunun 7 №-li futbolçusu Kamil Akimov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
07 noyabr 2013-cü il U-16 Liqasının “Şahdağ” – “Xəzər Lənkəran” matçının 80-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 15 №-li futbolçusu Şamxal Nəsirov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
05 noyabr 2013-cü il U-15 Liqasının “Neftçi” – “Lokomotiv” matçının 58-ci dəqiqəsində “Neftçi” klubunun 9 №-li futbolçusu Bahadur Həziyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).
05 noyabr 2013-cü il U-15 Liqasının “Şirvan” – “Quba”OK matçının 67-ci dəqiqəsində “Quba”OK klubunun 4 №-li futbolçusu Hüseyn Cəfərovun idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
02 noyabr 2013-cü il U-11 Liqasının “Dalğa” (Lənkəran) – “Xəzər 92” matçında “Dalğa” klubunun heyətində lisenziyası olmayan futbolçu iştirak etdiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
