Arif Əsədov dönəmində “Neftçi”nin Kazan “Rubin”indən icarəyə götürdüyü, sonradan üçillik müqavilə bağladığı Bahodir Nasimov növbəti mövsümdən “ağ-qara” formanı geyməyəcək.
Korner.az-ın məlumatına görə, müqaviləsinin müddəti bitən özbək hücumçu komandayla yolları ayıracaq.
Ötən mövsüm uzun müddət sıradan çıxandan sonra əvvəlki oyunu sərgiləməyən Nasimovun xidmətində 2 klub maraqlıdı. Bunlardan biri Özbəkistan çempionatının iddialılarından, digəri Azərbaycan komandasıdı. “Neftçi” avrokubok oyunlarında ağır yükü çiyinlərinə qaldıra biləcək forvard axtarışındadı.
Qeyd edək ki, Nasimov cari mövsümdə keçirdiyi 21 Premyer Liqa oyununda 7 qola imza atıb. Ümumilikdə isə o, indiyədək “Neftçi”nin heyətində 103 oyuna çıxıb və 41 qol vurub. Özbək forvard 2011/12 mövsümündə 16 qolla çempionatın bombardiri olub.
Fanat.az