Bu gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçiriləcək.
Korner.az-ın məlumatına görə, son ölkə çempionu "Neftçi" avrokubok mövsümündə sonuncu ev oyununu Serbiyanın "Partizan" klubuna qarşı keçirəcək.
Bu matçda qazanılacaq qələbə "Neftçi"nin üçüncü yeri təmin etməsi anlamına da, gələ bilər.
Bundan əlavə Böyükağa Hacıyevin yetirmələri Belqrad təmsilçisini paytaxtımızda məğlub etməklə daha bir ilkə imza atmaq istəyir.
22 noyabr
Avropa Liqası, V turun oyunları
H qrupu
21:00. "Neftçi" (Azərbaycan) – "Partizan" (Serbiya) 1:1
Qol: Flavinyo 10// Mitroviç 67
Qırmızı vərəqə: Mitroviç 79
"Neftçi: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 32. Elvin Yunuszadə, 28. Emin Mehtiyev, 6. Rəşad Sadiqov (k), 25. Cavid İmamverdiyev, 16. Bruno Bertuççi, 9. Flavinyo, 10. Culius Vobay, 11. Nikolas Kanales
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 8. Elşən Abdullayev, 14. Baxodir Nasimov, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 21. Kamil Nurəhmədov
Baş məşqçi: Böyükağa Hacıyev
Partizan: 30. Nikola Petroviç, 2. Aleksandar Milkoviç, 3. Vladimir Volkov, 15. İvan İvanov, 40. Miloş Ostoyiç, 7. Nemanya Tomiç, 22. Saşa İliç (k), 39. Miloş Yoyiç, 50. Lazar Markoviç, 99. Milan Smilyaniç, 12. Stefan Şçepoviç
Ehtiyat oyunçular: 33. Radişa İliç, 17. Sreten Sretenoviç, 18. Aleksandar Lazevski, 11. Nikola Ninkoviç, 21. Saşa Markoviç, 44. Marko Şçepoviç, 45. Aleksandar Mitroviç
Baş məşqçi: Vladimir Vermezoviç
21:00. “Rubin” (Rusiya) – “İnter” (İtaliya)
