"Forza" Azad Azarkeş Qrupunun rəhbəri Zamin Əliyev və Sübhan Əliyevin Zaur Ərəbovun məhkəməsindən sonra polis tərəfindən saxlanılması barəsində xəbər vermişdik.
Korner.az olaraq məsələ ilə bağlı fanklubun rəhbəri Zamin Əliyevlə əlaqə yaratdıq. "Forza"nın rəhbəri polis tərəfindən saxlanılmadıqlarını və hazırda Bakıya çatmaq üzrə olduqlarını bildirib:
"Heç bir tutulma hadisəsi olmayıb. Məhkəmədə iştirak elədik və ordan birbaşa Bakıya yola düşdük. Qardaşım Sübhanda yanımdadır. Bizim tutulma xəbərimizi dostlarımıza kim çatdırıb bilmirəm. Amma onu deyə bilərəm ki, hazırda Bakıya çatmaq üzrəyik"
