Topaz Premyer Liqasının VI turun oyunları keçirilir. “Qəbələ” öz meydanında “Neftçi”ni qəbul edir.
Bu oyunda da sevimlilərini tək qoymayan bakılılar açdıqları pankartla diqqət cəlb ediblər. “Forza Neftçi” bir neçə ay əvvəl avtomobil qəzasında həlak olan sabiq oyunçuları Jonas Pesalle haqqında “You will live our heart” (sən daim bizim qəlbimizdə yaşayacaqsan) pankartını açıblar. Braziliyalı futbolçunun bu gün ad günüdür. Əgər yaşasaydi, bu gün 27 yaşı tamam olacaqdı.
Bir neçə gün əvvəl xərçəng xəstəliyi səbəbindən vəfat edən “Forza Neftçi”nin üzvü Müsəllimin də şəklinı açıblar.
