“Neftçi”nin zədəli özbəkistanlı futbolçusu Bahodir Nasimovdan sevindirici xəbər gəlib.
Korner.az-ın məlumatına görə, zədədən xilas olan 27 yaşlı hücumçu komanda ilə birlikdə hazırlıqlara qoşulub.
Nasimov baş məşqçi Böyükağa Hacıyev şans verəcəyi halda həftə sonu “İnter”lə keçiriləcək matçda forma geyinə biləcək.
