Rəşad Sadiqov “Neftçi”nin əsas heyətinə qayıdıb.
Korner.az-ın məlumatına görə, bir müddət əvvəl əvəzedici komandaya göndərilən kapitan artıq məşqlərə başlayıb.
Rəşad Böyükağa Hacıyevin rəhbərliyi altında “Bakı” matçına hazırlaşır. Onunla yanaşı, əvəzedici komandadan Tərlan Quliyev də əsas heyətə dönüb.
