Ölkə futbolu

“Neftçi” azarkeşlərinə görə cərimələndi

03.12.2021 , 14:31

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Korner.az xəbər verir ki, toplantıda Premyer Liqanın XII turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

“Neftçi” – “Səbail” oyununun 52-ci dəqiqəsində “Neftçi” azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunub.

“Səbail” klubu stadiona gec gəldiyi üçün 800 manat cərimə olunub.

“Sabah” – “Keşlə” oyununda “Keşlə”nin 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

“Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

“Sumqayıt” – “Zirə” oyununda “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

Son yazılar

Yuxarı