Bu gün "Dalğa Arena"da keçiriləcək "Neftçi"-APOEL matçını stadiondan izləmək istəyən azarkeşlər üçün avtobuslar ayrılacaq.
Korner.az– ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, nəqliyyat vasitələri saat 17:00-dan etibarən metronun "Gənclik" və "Koroğlu" stansiyalarının qarşısından hərəkət edəcək. Futbolsevərlərin "Dalğa Arena"ya gediş-gəlişi pulsuzdur.
