“Neftçi” azarkeşləri üçün 1 manatlıq biletlər
08.02.2020 , 16:00

“Neftçi” Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə “Qarabağ”la qarşılaşacaq.
Korner.az xəbər verir ki, bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” matçında “ağ-qaralar”ın azarkeşləri 5-ci və 6-cı sektorlarda yer alacaqlar.
Bu sektorlar üçün biletin qiyməti 1 AZN təşkil edir.
