"Neftçi"nin futbolçusu Bahodir Nasimovun ağır zədə alması barədə xəbər vermişdik.
Korner.az-ın məlumatına görə, "İnter"lə matç zamanı isinmə hərəkətləri edərkən zədələnən özbək forvard üçün mövsümün bitdiyi deyilirdi.
Amma "Neftçi" futbolçusundan şad xəbər alıb. Həkim müayinəsindən keçən Nasimovun 2 həftə sonra məşqlərə başlayacağı müəyyənləşib.
