“Neftçi”nin Premyer Liqanın 33-cü turu çərçivəsində “İnter”ə uduzması azarkeşlərin ciddi narazılığına səbəb olub.
Korner.az-ın məlumatına görə, “Forza Neftçi” azarkeş qrupu 76-cı dəqiqədən etibarən “İnter Arena”nı tərk ediblər.
İkinci hissə boyu baş məşqçi Arif Əsədovu istefaya səsləndirən fanatlar, bununla da etirazlarını bildiriblər.
Qeyd edək ki, Azlıqda qalan “İnter” 3:0 hesabı ilə öndədir.
