Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Dalğa Arena"da baş tutacaq "Neftçi" – "Hapoel" oyununa pulsuz gedib-gələ bilərlər. Korner.az-ın məlumatına görə, "ağ-qaralar" bunun üçün "Gənclik" və "Koroğlu" metro stansiyalarının qarşısından saat 17:00-dan etibarən pulsuz nəqliyyat təşkil edəcək.
