Həftəsonu Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində AZAL-la üz-üzə gələcək “Neftçi” bu oyuna ciddi itkilərlə çıxacaq.
Korner.az-ın məlumatına görə, “flaqman” Flavinyo və Karlos Kardosonun xidmətindən istifadə edə bilməyəcək.
Buna səbəb hər iki futbolçunun sarı vərəqə limitini doldurmasıdır.
31 yanvar (şənbə)
AZAL – “Neftçi”
“AZAL Arena”, 15:00
