big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“”Neftçi” Azərbaycanın ən böyük klubudur” – Qoran Paratski

10.08.2018 , 19:47

“Neftçi”nin futbolçusu Qoran Paratski klubun rəsmi saytının suallarını cavablandırıb

Korner.az xorvatiyalı yarımmüdafiəçi ilə müsahibəni təqdim edir:

– Avqustun 11-də yeni mövsüm start götürəcək. İlk oyun öncəsi necə hisslər keçirirsiniz?

– Sözün düzü, artıq çempionatın başlanmasını gözləyə bilmirəm. Tez başlamasını istəyirəm. Çox çalışmışıq. Nəhayət, Premyer Liqanın ilk oyununa çıxıb, azarkeşlərimizi sevindirmək istəyirik.

– Hesab etmək olar ki, Avropa Liqasındakı uğursuzluq artıq unudulub?

– Təbii ki, Avroliqa ilə bu qədər tez vidalaşmağı planlaşdırmamışdıq. “Uypeşt” üzərində Bakıdakı qələbədən sonra düşünürdük ki, növbəti mərhələyə keçə bilərik. Deməzdim ki, arxayınlaşmışdıq. Sadəcə, Budapeştdəki gecə bizim gecəmiz deyildi. O oyunu unudub, bütün fikirlərimizi çempionata yönəltmişik. Premyer Liqada uğurlu çıxış üçün köklənmişik.

– “Neftçi”nin əsas hədəfləri nə olmalıdır?

– Hər oyunda meydanda can qoymaq, qələbə üçün vuruşmaq. Birinci yer uğrunda mübarizə aparmalıyıq. Heç bir proqnoz verməyəcəm, gəlin, məqsədlərimizə pillə-pillə çataq.

– İlk turda rəqibimiz olacaq “Sumqayıt” necə təsir bağışlayır?

– Rəqibin bəzi görüşlərinə baxmışıq. Kompakt oynayırlar. Səbrli olmalıyıq və öz oyunumuzu oynamalıyıq.

– Doğma Xorvatiyadan tutmuş ekzotik Yeni Zelandiyaya qədər bir neçə klubda çıxış etmisiniz. “Neftçi”ni bu komandalardan fərqləndirən əsas amil hansıdır?

– Məncə, azarkeşlər. Onlar komandanı çox sevməklə yanaşı, klubun tarixinə hörmətlə yanaşırlar. “Neftçi” Azərbaycanın ən böyük klubudur. Bunu hər gün hiss edirəm.

– Ötən həftə “Qarabağ”ın Çempionlar Liqasındakı görüşünü stadiondan canlı izləyirdiniz. Rəqibin oyununa baxırdınız, yoxsa həmyerliniz Filip Ozobiçi dəstəkləyirdiniz?

– Biz Filiplə dostuq, vaxtı ilə bir yerdə oynamışıq. Amma əsas məqsədim “Qarabağ”ın oyununu izləmək idi. Çünki “Qarabağ” bizim çempionatda əsas rəqibimizdir. Fürsətdən istifadə edib, rəqibin oyununu seyr etməyə getmişdim. Yeri gəlmişkən, biz “Qarabağ”la qarşılaşanda Ozobiçlə olan dostluğumuz 90 dəqiqə ərzində heç bir əhəmiyyət daşımayacaq.

– Xorvatiya futbolu üçün fantastik bir yay oldu. Milli komandanız Dünya çempionatının finalına yüksəldi. Xorvatiyalı futbolçu olmaq, dünyanın ikinci futbol ölkəsini təmsil etmək necə bir hissdir?

– Mən bu hissi sözlə ifadə edə bilmərəm. Fantastik hissdir. Xorvatiyada futbolu çox sevirlər. Əbəs yerə demirlər ki, Xorvatiyada 4 yüz min məşqçi yaşayır. İstedadlı futbolçularımız da çoxdur.

– Dünya çempionatının finalçılarından kimləri şəxsən tanıyırsınız?

– Bir neçə futbolçunu şəxsən tanıyıram, amma İvan Striniçlə daha yaxından tanışam. Onunla Xorvatiyanın U-19 yığma komandasında oynamışıq.

Son yazılar

To Top