“Neftçi” Avroliqanın növbəti mərhələsində
01.08.2019 , 23:00

Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Korner.az xəbər verir ki,ölkəmizi turnirdə təmsil edən “Neftçi” ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi Rusiyanın “Arsenal” klubunu qəbul edib.”Bakcell Arena”da baş tutan görüşdə “Neftçi” 3:0 hesabıyla rəqibini məğlub edib.
“Neftçi” növbəti mərhələdə İsrailin “Bney Yehuda” klubu ilə qarşıpaşacaq.
1 avqust
Avropa Liqası,II təsnifat mərhələsi,cavab oyunu
21:00 “Neftçi” – “Arsenal”(Tula,Rusiya)-3:0
Qol: Rauf Əliyev,49, Dario Frederiko,89(pen), Mamadu Mbodj,90+3
Baş hakim:Alan Mario Sant(Malta)
Ilk oyun -1:0
Bakı, “Bakcell Arena”
