“Neftçi” – “Arsenal” qarşılaşmasında rusiyalı azarkeşlər
30.07.2019 , 18:22

Avropa Liqasının II təsnifat mərhələsində Bakıda “Neftçi”nin qonağı olacaq “Arsenal” dəstəksiz qalmayacaq.
Korner.az-ın məlumatına görə, “Arsenal” komandasını “Bakcell Arena”da keçiriləcək oyunda təxminən 50 rusiyalı azarkeş dəstəkləyəcək.
Komandaların cavab oyunu avqustun 1-i, saat 21:00-da baş tutacaq.
Qeyd edək ki,ilk oyunda “Neftçi” 1:0 hesablı qələbə qazanıb.
