Futbol

“Neftçi” – “Arsenal” oyununun hakimləri açıqlandı

26.07.2019 , 14:36

UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Arsenal” oyununun hakim təyinatları açıqlanıb.

Korner.az-ın məlumatına görə, “Bakcell Arena”da keçiriləcək görüşü Maltadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Alan Mario Sant olacaq. Ona Edvard Spiteri və Roberto Vella kömək edəcək. Dördüncü hakim funksiyasını Malkolm Spiteri yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 1-də keçiriləcək “Neftçi” – “Arsenal” oyunu saat 21:00-da başlayacaq.

Son yazılar

Yuxarı