“Neftçi” – “Arsenal” oyununa nə qədər bilet satılıb?
01.08.2019 , 17:11

Avropa Liqadının II təsnifat mərhələsinin cavab oyununda “Neftçi” “Arsenal” qarşılaşması üçün biletlər bitmək üzrədir.
Korner.az-ın məlumatına görə,satışa çıxarılan 10min 500 biletdən,9mindən çoxu artıq satılıb.
Azarkeşlər bu gün matç başlayana kimi qalan biletləri yalnız “Bakcell Arena”nın kassalarından əldə edə bilərlər.
Qeyd edək ki,oyun bu gün saat 21:00-da “Bakcell Arena”da baş tutacaq.
