“Neftçi” “Aris”ə uduzdu
21.07.2022 , 23:36

“Neftçi” Konfrans Liqasının II təsnifat mərhələsində bu gün ilk oyununa çıxıb.
Korner.az xəbər verir ki, “ağ-qaralar” Kiprin “Aris” komandasının qonağı olub 0:2 hesabı ilə məğlub olub.
Komandalar arasındakı cavab oyunu iyulun 28-də Bakıda olacaq.
“Neftçi” “Aris”i keçsə, III raundda “Rapid” (Avstriya) – “Lexiya” (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.
Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
21:30 Aris – Neftçi – 2:0
Baş hakim: İvan Bebek (Xorvatiya)
