Avroliqa turnirinin pley-off mərhələsi çərçivəsində keçiriləcək "Neftçi"-APOEL matçının biletləri satışa çıxarılıb.
Korner.az– ın klubun rəsmi saytına istinadən məlumatına görə, azarkeşlər bilet almaq üçün aşağıda göstərilmiş satış nöqtələrinə yaxınlaşa bilərlər.
Satış nöqtələrinin ünvanları:
1.Park Bulvar Alış Veriş Mərkəzi
2.Metro Park Ticarət Mərkəzi
Qeyd edək ki, "Neftçi"-APOEL qarşılaşması avqustun 23-ü keçiriləcək. Oyun saat 21:00-da başlayacaq.
