“Neftçi”nin Avroliqanın son təsnifat mərhələsində Kiprin APOEL klubu ilə evdəki ilk oyununu idarə edəcək polşalı hakimlərin adları açıqlanıb.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş hakim Robert Malekə Kriştof Mirmus, Macey Verzbovski və Tomaş Vajda yardımçı olacaq. Polşalı hakimlərin işinə rusiyalı hakim-inspektor Sergey Zuyev qiymət verəcək. UEFA nümayəndəsi də rusiyalı – Leonid Kaloşin olacaq.
Qeyd edək ki, Bakda “Dalğa Arena”da keçiriləcək matç saat 21:00-da başlayacaq.
