Avrokuboklardakı yeganə təmsilçimiz "Neftçi" bu gün Kiprdə ilk məşqinə çıxacaq.
Korner.az-ın Kiprə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, məşq prosesi sabah baş tutacaq oyunla eyni vaxtda – 22:00-da keçiriləcək. Məşqdən yarım saat öncə isə baş məşqçi Böyükağa Hacıyev jurnalistlər üçün mətbuat konfransı keçirəcək.
APOEL-in baş məşqçisi İvan Yovanoviçin mətbuat konfransı saat 22:30-da, komandasının məşqi isə 23:00-da baş tutacaq.
