“Neftçi” klubunun qış fasiləsi zamanı keçirəcəyi təlim-məşq toplanışının planı müəyyənləşib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 6-da Bakıda bir araya gələcək komanda hazırlığı ayın 11-dək paytaxtda davam etdirəcək.
Yanvarın 11-də isə “Neftçi” təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Antalya şəhərinə yollanacaq. Ayın 24-də başa çatacaq Antalya toplanışı zamanı komanda 6 yoxlama oyunu keçirməyi planlaşdırır.
Gün.Az
